Azedu.az

Tətillərdə şagirdlərin dərs YÜKÜ: Onlar üçün yaxşı, yoxsa zərərlidir?

13 Dekabr 2024, 13:02
Tətillərdə şagirdlərin dərs YÜKÜ: Onlar üçün yaxşı, yoxsa zərərlidir?

Tətillərdə şagirdlər istirahət etmək istəyirlər. Lakin bəzi müəllimlər bunu nəzərə almadan, əlavə tapşırıqlar verərək şagirdləri yükləyirlər. Bu halda isə "Onsuz da neçə gündür evdəsiniz, işləyərsiniz",- kimi fikirlər səsləndirilir. Nəticədə, şagirdlər daha da yorulub, dərsə olan həvəsləri azalır.

 

Müəllimlərin istirahət günlərində şagirdlərə əlavə dərs tapşırıqları verməsi nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, "tətil dövründə şagird dərs oxumamalıdır" yanaşması düzgün deyil:

151158

"Hesab etmirəm ki, şagirdlər tətil günlərində ifrat dərəcədə yüklənməlidirlər. Lakin müəllimlərin tapşırıqları şagirdlərin keyfiyyətli təhsil alması üçün vacibdir. Bu tapşırıqlar şagirdlərin evdə olduqları müddətdə təhsildən tamamilə uzaq düşməməsi baxımından faydalıdır.

 

Eyni zamanda, tətil zamanı şagirdlər daha çox valideynlərinin diqqətini görməli və ev tapşırıqlarının yerinə yetirilməsində onlardan dəstək almalıdırlar. Bu, şagirdlərin vaxtlarını səmərəli keçirmələrinə kömək edə bilər.

 

Ümumiyyətlə, payız və qış tətilləri uzun olmasa da, yay tətili boyunca şagirdlər təhsildən uzaq qalırlar. Bəzən bəzi müəllimlər şagirdləri həddən artıq yükləyə bilər ki, bu da onların təhsildən yorulmasına və bezməsinə səbəb olur. Əlbəttə, bu kimi hallar yolverilməzdir. Müəllimlər ev tapşırıqlarının miqdarını və ağırlığını mütləq nəzərə almalıdırlar”.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox