Azedu.az

Erkən nikahlarla bağlı istisna və güzəştlər aradan qaldırılıb

Xəbərlər

12 Dekabr 2024, 11:15
Erkən nikahlarla bağlı istisna və güzəştlər aradan qaldırılıb

Erkən nikahlarla bağlı problem yaradan bütün məqamları aradan qaldırmışıq, artıq heç bir istisna, güzəşt yoxdur.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda evlilik yaşı 18-dir, bundan daha tez evlilik hallarının baş verməməsi üçün müəyyən tədbirlər görülür:

"Bununla bağlı müvafiq qurumlarla birgə fəaliyyət göstəririk. Biz də ümid edirik ki, insanlar zamanla qanunun bu sahə üzrə tələblərini rəhbər tutaraq addım atacaqlar".

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox