Azedu.az

Ağdaşda 14 yaşlı oğlan kanalda boğulub

Xəbərlər

12 Dekabr 2024, 11:18
Ağdaşda 14 yaşlı oğlan kanalda boğulub

Dünən Ağdaşda kanala düşərək boğulan yeniyetmənin meyiti tapılıb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, suda boğulan 2010-cu il təvəllüdlü Vüqar Zakirlinin meyiti kanala düşdüyü ərazidən bir qədər aralıda aşkarlanıb.

Meyit FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

09:44

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.

2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.

Nəticədə yeniyetmə suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox