Azedu.az

Heydər Əliyev təhsilin əhatə dairəsini 3 dəfə genişləndirməyə nail oldu 

Xəbərlər

12 Dekabr 2024, 11:12
Heydər Əliyev təhsilin əhatə dairəsini 3 dəfə genişləndirməyə nail oldu 

“1970-80-ci illərdə Ulu  Öndər Azərbaycana rəhbərlik etdiyi çətin rejimdə gənclərin azərbaycançılıq ruhunda tərbiyəsi və düzgün inkişafı üçün bir çox əhəmiyyətli addımlar atdı. Təhsilin əhatə dairəsi 3 dəfə genişləndirdi, ən ucqar kəndlərdə belə məktəblər tikildi, Naxçıvanski adına Hərbi məktəb açıldı, Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbid olundu”.


Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı, qurumun Elm və Təhsil Komitəsinnin üzvü Mehriban Vəliyeva qeyd edib.


Deputat bildirib ki, 12 dekabr tarixi müstəqil dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür:


“Millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan, nəbzi vətəninin nəbzi ilə bir vuran dahi şəxsiyyət haqqında heç vaxt keçmiş zamanda danışmırıq, yaratdıqları ilə yaşayırıq və yaşadırıq. Ulu Öndərin əbədiləşən ömür yolu, dövlətçilik təcrübəsi, düşünülmüş strateji fəaliyyəti böyük bir məktəb olaraq bu gün də bütün istiqamətlərdə öyrədir, bünövrə qoyur, yol göstərir. Bu siyasi məktəb minlərlə azərbaycanlı gəncinin gələcəyinə işıq saçmış, onun həyat yolunda əhəmiyyətli rol oynamışdır. Bu məktəbin ən uğurlu məzunu isə Ali Baş Komandan, müasir milli lider, müasir öndər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərindən, müəllimindən, atasından dərs alaraq bizi Zəfərə qovuşdurdu. Böyük arzuları reallaşdıraraq, ata vəsiyyətini yerinə yetirərək Azərbaycan adlı müqəddəs kitabda hər iki şəxsiyyətin adını qızıl hərflərlə yazdırdı.  Belə şəxsiyyətlər isə  hər zaman xalqının xatirəsində əbədi olaraq  yaşayacaqdır.

 

Heydər Əliyev məktəbini 3 dövrə ayırsaq: sovet dövrü, 1982-1991-cü illər  və müstəqil dövlətçilik dövrü kimi qruplaşdırıb təhlil etsək, bütün mərhələllərdə strateji düşünülmüş addımların müstəqil, işıqlı Azərbaycanın inkişafına hesablandığını görə bilərik. Bütün inkişaf istiqamətlərinin başlanğıcında gələcəyin izini indi reallıqlarla daha aydın müşahidə edirik. Bu istiqamətlərin içində neft strategiyasını, iqtisadi inkişafı, hərbi və ordu quruculuğunu, təhsil və gənclər siyasətini, milli məfkurə və milli kimlik idealogiyasını və digər istiqamətlərdə daha nələri misal gətirmək olar. Ulu Öndər neft strategiyasını uzaqgörənliklə böyük siyasətin, dünyada gedən inteqrasiya proseslərinin, milli təhlükəsizlik konsepsiyasının faktoruna çevirməyi bacardı. 

 

Gənclər siyasətini gələcəyə hesablanmış prioritet istiqamətə çevirə bildi. Azərbaycanın inkişafını gənclərin inkişafı ilə əlaqələndirdi. Məhz bu əsaslarla strateji istiqamətləri inkişaf etdirib Zəfərə imza atan müasir öndər, Ali Baş Komandan bu gün qlobal çağırışlara uyğun neft strategiyasını ustalıqla yaşıl enerji siyasətinə tranformasiya edir, müstəqil dövlətimizin dövlətçilik modelini yeni müasir dövlət siyasəti modeli kimi təqdim edir. Azərbaycan bu gün təlatümlü dünyada sakit bir ada olaraq qorunur və idarə olunur”.


Həmsöhbətimiz vurğulayıb ki, Ulu Öndərin mədəniyyətimizə, ədəbiyyatımıza xüsusi qayğı və diqqəti milli mədəniyyətin inkişafına, milli dəyərlərin qorunub-saxlanmasına, milli məfkurənin formalaşmasına xidmət etdi:

 

“Hələ sovet dövründə - 1970-80-ci illərdə Ulu  Öndər Azərbaycana rəhbərlik etdiyi çətin rejimdə gənclərin azərbaycançılıq ruhunda tərbiyəsi və düzgün inkişafı üçün bir çox əhəmiyyətli addımlar atdı. Təhsilin əhatə dairəsi 3 dəfə genişləndirdi, ən ucqar kəndlərdə belə məktəblər tikildi, Naxçıvanski adına Hərbi məktəb açıldı, Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbid olundu. Ulu Öndərin mədəniyyətimizə, ədəbiyyatımıza xüsusi qayğı və diqqəti  milli mədəniyyətin inkişafına, milli dəyərlərin qorunub-saxlanmasına, milli məfkurənin formalaşmasına  xidmət etdi. Gənclərimizin peşəkar kadr kimi yetişməsinə, keçmiş müttəfiq respublikaların nüfuzlu ali məktəblərində təhsil almalarına, müxtəlif vəzifələrdə irəli çəkilməsinə xüsusi yanaşıldı. 

 

Ulu Öndər Heydər Əliyev hələ o zaman uzaqgörənliklə  müstəqil Azərbaycan dövləti üçün baza yaratdı; savadlı, sağlam, milli kökə və dəyərlərə bağlı gənclərin yetişməsinə böyük önəm verdi və bunun üçün ayrı-ayrı istiqamətlərdə vacib addımlar atıldı. Ulu Öndərin Gənclər siyasəti sonrakı dövrlərdə də ən mühüm strategiya oldu. Unutmayaq ki, işğal dövrü yalnız xalqımız deyil, təhsil müəssisələrimiz də köçkün düşdü.Təhsilin infrastukturuna, maddi-texniki bazasına, təhsil ənənələrinə ciddi ziyan vuruldu.

 

Müstəqillik dövründə ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edən Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”,- deyərək islahatlar başlandı. Gənclər siyasətini bu sahələrin məqsədli nəticəsi olaraq xüsusi əhəmiyyətli strategiyaya çevirdi”.

 

Deputat əlavə edib ki, gənclərin  və təhsilin inkişafı istiqamətində qanunvericilik bazası yaradıldı:

 

“Bu gün də həmin baza qlobal çağırışlara uyğun yenilənməkdədir. Qlobal təhsilə inteqrasiya, bazar iqtisadiyyatına uyğunlaşma, elm və sənaye, ali təhsil və istehsalat tərəfdaşlığı, təhsilin Böyük qayıdışı bu günün məqsədli srateji istiqamətlərindəndir. 7 Ali məktəbin beynəlxalq QS reytinq cədvəlinə düşməsi uğurlu yeni başlanğıcdır, işğaldan azad olunmuş torpaqlarımızda hər açılan məktəb, bağça orda uşaqlığı əlindən alınmış insanların haqqının qaytarılmasıdır, Qarabağ Universiteti qürür yerimizdir. “Tələbə krediti”, “Xaricdə ali təhsil proqramı”, “Könüllülər” və “Sabah  qrupları” layihələri, “Yüksəliş” proqramı, alimlər üçün elmometrik göstəricilərlə əlavə əməkhaqqı tətbiqi gənclərin bu sahədə inkişafı üçün dövlət tərəfindən yaradılmış imkanlardır.  

 

Heydər Əliyev məktəbi Azərbaycanın müasir dövlətçilik ənənələrini formalaşdıran strateji təməldir. Onun bütün dövrlərdə və bütün istiqamətlərdə fəaliyyəti Azərbaycanın gələcək inkişafı üçün əsaslı zəmin yaradıb. Müstəqil Azərbaycanın qurucusu Ümummilli liderin formalaşdırdığı məktəbdə yetişən gənclik Ali Baş Komandanın rəhbərliyi ilə onun arzularını reallaşdırır, onu hər zaman ehtiramla yad edir”.

TƏCİLİ! Gözlər Ankarada - Türk dünyasına zərbə, yoxsa...
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox