Azedu.az

Bakıda qonşular arasında dava zamanı ata və oğlu bıçaqlanıblar -YENİLƏNDİ

Xəbərlər

11 Dekabr 2024, 09:50
Bakıda qonşular arasında dava zamanı ata və oğlu bıçaqlanıblar -YENİLƏNDİ

Dekabrın 10-da saat 21 radələrində paytaxtın Xətai rayonu G.Şıxlinski küçəsində 1972-ci il təvəllüdlü K.Bağırova və oğlu 2004-cü il təvəllüdlü C.Bağırova münaqişə zəminində deşici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Y.Mehdiyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırması davam etdirilir.

 

***

Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu, 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıblar.

2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox