Azedu.az

Bakıda qonşular arasında dava zamanı ata və oğlu bıçaqlanıb

Xəbərlər

11 Dekabr 2024, 09:00
Bakıda qonşular arasında dava zamanı ata və oğlu bıçaqlanıb

Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.

AzEdu.az xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıb.

2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox