Azedu.az

Biləsuvarda 4 yaşlı uşaq öldü-YENİLƏNİB

Xəbərlər

11 Dekabr 2024, 19:02
Biləsuvarda 4 yaşlı uşaq öldü-YENİLƏNİB

 

TƏBİB Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 4 yaşlı N.Ə ilə bağlı məlumat yayıb.

 

Qurumdan AzEdu.az-a bildirilib ki, 10 noyabr saat 17:30 radələrində 2020-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

 

Ona ürək və tənəffüs çatışmazlığı diaqnozu qoyulub.

 

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

 

 

 

01:32

Biləsuvar rayonunda azyaşlı ölüb.

AzEdu.az xəbər verir ki,  hadisə rayonun Xırmandalı kəndində olub.

Belə ki, kənd sakini 2020-ci il təvəllüdlü Nuray Niyaməddin qızı Əliyevanın qəflətən halının pisləşməsini görən valideynlər uşağı rayon xəstəxanasına çatdırıb.

Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 10 ildən sonra doğulan Nuray ailənin yeganə övladı olub.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox