Azedu.az

SABAH qruplarının yeni modeli hazırlanır

Universitetlər

10 Dekabr 2024, 12:22
SABAH qruplarının yeni modeli hazırlanır

Hazırda ali məktəblərdə yaradılan SABAH qruplarının yeni modeli üzərində işlənilir.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ənənəvi SABAH qrupları 2015-ci ilin reallığına uyğun yaradılmışdı:

“O zaman Təhsil Nazirliyi hesab edirdi ki, keyfiyyəti daha yaxşı idarə etmək üçün ayrıca, xüsusi istedadlar qrupu yaradılsın. SABAH-ın məzunlarının bütün göstəriciləri yüksəkdir, amma ali məktəblər də bu dövrdə böyük yol keçdi və ona görə də yeni SABAH qrupları yaradılmalıdır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox