Azedu.az

Mətin Kərimli təhsil işçiləri ilə görüşüb

9 Dekabr 2024, 13:14
Mətin Kərimli təhsil işçiləri ilə görüşüb

Dekabrın 6-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Şabran rayonunda olub. 
 

AzEdu.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 
 

Səfər çərçivəsində Mətin Kərimli Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə birgə Uşaq-Gənclər İnkişaf Mərkəzinin binasına baş çəkib. 
 

Daha sonra Aparat rəhbəri Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib və onların həlli yolları müzakirə edilib. 
 

Səfər çərçivəsində qonaqlar Şabran şəhərində yerləşən Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə olublar. Təhsil müəssisəsində mövcud şəraitlə tanış olan qonaqlar tədris prosesini izləyib, şagird və müəllim kollektivi ilə söhbət aparıblar. Söhbət zamanı şagirdlərin təhsil nailiyyətləri və gələcək planlarından söz açılıb. 
 

Səfər zamanı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində çalışan müəllimlərlə də görüş keçirilib, təltif edilən təhsil işçilərinə döş nişanları və fəxri fərmanlar təqdim edilib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox