Azedu.az

"Xalq şairi Nəbi Xəzri -100” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Xəbərlər

7 Dekabr 2024, 11:00
"Xalq şairi Nəbi Xəzri -100” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada müasir Azərbaycan poeziyasının parlaq siması Nəbi Xəzrinin anadan olmasının 100 illiyi münasibətilə “Xalq şairi Nəbi Xəzri – 100” adlı virtual sərgi və geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

 

Kitabxanadan AzEdu.az-a bildirilib ki, virtual sərgidə Nəbi Xəzri haqqında imzalanmış rəsmi sənədlər, fotolar, dövri mətbuatda dərc olunan məqalələr, şairin Azərbaycan və müxtəlif dillərdə əsərləri nümayiş olunur.

 

Virtual sərgi ilə tanış olmaq istəyənlər //anl.az/el/vsb/Nebi_Xezri/index.htm linkindən istifadə edə bilərlər.

 

Ənənəvi kitab sərgisində könüllərdə gözəl şeirləri ilə yuva quran şairin əsərləri, redaktor olduğu, “Ön söz” yazdığı, tərcümə etdiyi, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

 

Sərgi bir həftə davam edəcək.

 

Qeyd edək ki, 2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox