Azedu.az

Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər yaralandı

6 Dekabr 2024, 17:27
Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər yaralandı

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.

AzEdu.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.

Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.

Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox