Azedu.az

Dövlət orqanlarında daxili müsahibə elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM)

6 Dekabr 2024, 14:13
Dövlət orqanlarında daxili müsahibə elan edilir

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir.

AzEdu.az xəbər verir ki, 6 dekabr 2024-cü il tarixində 6 dövlət orqanında inzibati vəzifələrin 2 və 4-cü təsnifatlarına uyğun olan 9 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. 

Daxili müsahibə elan edilən vəzifələrin 2-si inzibati vəzifələrin ikinci təsnifatına, 7-si dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr  inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin aparatlarında şöbə müdiri vəzifələridir. 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir. 

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 dekabr 2024-cü il tarixindən 20 dekabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox