Azedu.az

BMT 2025-ci ildə uşaqlar üçün 10 milyard dollar yardım istəyir

Xəbərlər

5 Dekabr 2024, 15:02
BMT 2025-ci ildə uşaqlar üçün 10 milyard dollar yardım istəyir

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2025-ci ildə uşaqlara humanitar yardım üçün 9,9 milyard dollar ianə tələb olunduğunu açıqlayıb.

Bu barədə AzEdu.az qurumun press-relizinə istinadən xəbər verir.

“UNICEF 146 ölkədə 109 milyon uşağın həyatını xilas etmək üçün 2025-ci ildə 9,9 milyard dollar humanitar yardım ayrılmasına çağırır”, - press-relizdə deyilir.

Qeyd olunur ki, bu vəsaitlər iqlim dəyişikliyi, münaqişə, məcburi köçkünlük və sağlamlıq problemlərindən əziyyət çəkən uşaqlara yardıma yönəldiləcək.

Ən çox maliyyə vəsaitinin Əfqanıstan, Sudan, Konqo Demokratik Respublikası, Fələstin və Livan üçün tələb olunduğu da vurğulanır.

“UNICEF-in hesablamalarına görə, 2025-ci ildə ümumilikdə 213 milyon uşağın humanitar yardıma ehtiyacı olacaq”, - qurumun icraçı direktoru Ketrin Rassel deyib.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox