Bu gün Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna start verilib. Qeyd edim ki, 2009-cu ildən bu forumun keçirilməsi artıq ənənəvi hal alıb və Azərbaycan uşaqları üçün iştirakçılıq baxımından ən yüksək platforma sayılır. Forumda öləmizin bütün regionları daxil olmaqla 2 mindən artıq uşaq qoşulub və onların səsi olaraq forumda bu gün 300 uşaq iştirak edir.
AzEdu.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dekabrın 5-də Bakıda keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, hər il olduğu kimi, tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra uşaqlar müxtəlif, öz hüquqları baxımından vacib olan, aktuallıq daşıyan mövzular üzrə qruplara bölünərək mövzuları müzakirə edəcək, sonda ümumiləşmiş təkliflərlə hökumət qarşısında çıxış edəcəklər.
“Danılmazdır ki, dövlətimiz tərəfindən uşaqların hərtərəfli təminatı - onların yaxşı təhsil almaları, sağlam böyümələri, inkişaf etmələri istiqamətində çox vacib işlər görülür. Ancaq uşaqların öz məsələləri, hüquqları ilə bağlı təkliflərlə çıxış etməsi və bunun nəzərə alınması çox vacib məsələlərdəndir”, - deyə A.Sofiyeva əlavə edib.