Azedu.az

DİM: A növü üzrə sertifikatlar verilir

Dövlət İmtahan Mərkəzi (DİM)

5 Dekabr 2024, 10:32
DİM: A növü üzrə sertifikatlar verilir

27 oktyabr və 3 noyabrda keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmiş aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan  əldə edə bilərlər:

- 3 noyabr 2024-cü il tarixində dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında iştirak edənlər;

- 27 oktyabr və 3 noyabr 2024-cü il tarixlərində avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə  keçirilmiş test imtahanında  uğur qazanmış şəxslər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün əvvəlcə [email protected] elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.

 

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox