Azedu.az

ATU tələbələrinin bufetlə bağlı şikayətinə REAKSİYA 

Universitetlər

5 Dekabr 2024, 11:11
ATU tələbələrinin bufetlə bağlı şikayətinə REAKSİYA 

Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrindən bufetlə bağlı şikayət paylaşılıb.

Tələbələr qeyd ediblər ki, universitetin əsas korpusundakı bufetdə tələbələrə: "əgər yeməyi evdən gətirib, bizə xeyir verməyəcəksinizsə, oturmayın",- deyiblər. 

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq sözügedən universitetlə əlaqə saxladıq.

Azərbaycan Tibb Universitetinin (ATU) İcitmaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova qeyd edib ki, heç bir tələbə tərəfindən yeməkxanaya və ya prorektorluğa belə bir məsələ ilə bağlı şikayət daxil olmayıb:

"Lakin sosial şəbəkədə yayılan məsələyə əsasən bu gün universitet rəhbərliyi və bu işlə məşğul olan prorektorluq tərəfindən ciddi tapşırıq verilib ki, tələbələrin istəyinə uyğun olaraq hər şey tənzimlənsin",- deyə bildirib.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox