Azedu.az

Qışda uşaqları xəstəliklərdən necə qoruyaq? - Su və qida qəbulu...

5 Dekabr 2024, 11:14
Qışda uşaqları xəstəliklərdən necə qoruyaq? - Su və qida qəbulu...

“Xəstəliklərə daha çox qapalı məkanlarda vaxt keçirən və peyvənd olunmamış uşaqlar yoluxur”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, pediatr Nigar Bayramova söyləyib.

150503

Pediatr qeyd edib ki, qış aylarında xəstəliklərdən qorunmaq üçün meyvə və tərəvəz istifadəsi çox vacibdir:

 

“Havaların soyuması kiçik yaşlı uşaqlar arasında tənəffüs sistemi xəstəliklərinin, infeksiyaların və pnevmoniyanın artmasına səbəb olur. Valideynlərdən ən çox ünvanlanan suallardan biri budur: "Övladıma hansı dərman preparatları və qidaları verim ki, bu xəstəliklərə yoluxmasın?". İlk növbədə, uşaqların döşəməyə daha yaxın yerdə nəfəs almasını və uşaq yaşlarından ətraf mühit amillərinə daha həssas olmasını nəzərə almaq tövsiyə olunur. Uşaqlar, həm qapalı, həm də açıq məkanda çirklənmiş havaya məruz qaldıqları zaman daha çox əziyyət çəkirlər. Kiçik yaşlı uşaqların tənəffüs sayı böyüklərdən iki dəfə çox olduğu üçün, kirli havanın 90%-i ağız yolu ilə daxil olur. Bu səbəbdən valideynlər qapalı otaqlarda havanı tez-tez dəyişdirməlidirlər”.

 

Müsahibimiz əlavə olaraq bildirib ki, hər il dünyada çirklənmiş hava, həm qapalı, həm də açıq mühitlərdə 15 yaşa qədər 600.000 uşağın həyatına son qoyur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər gün 15 yaşa qədər olan uşaqların 93%-i, yəni 1.8 milyard uşaq, çirkli havanın təsirinə məruz qalır:

 

“Qış aylarında xəstəliklərdən qorunmaq üçün meyvə və tərəvəz istifadəsi çox vacibdir. Mövsümə uyğun və kalori dəyərlərini nəzərə alaraq, sitrus meyvələrinin - portağal, qreypfrut, naringi və kivi kimi meyvələrin istifadəsi tövsiyə olunur. Bu meyvələr bədəni infeksiyalardan qorumaq və zərərli maddələrin bədəndən çıxarılmasına kömək edir. Lakin bu meyvələrin hər hansı bir yemək vaxtında qəbul edilməməsi məsləhətdir. Bununla yanaşı, tərəvəzlərdən brokoli, gül kələmi və iri yarpaqlı göyərtilərin balanslı şəkildə qidalanmaya daxil edilməsi valideynlər üçün vacib tövsiyələrdən biridir.Əlavə olaraq, valideynlərin kiçik yaşlı uşaqların su və qida qəbuluna xüsusi diqqət yetirmələri də önəmlidir”.

 

 

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox