Azedu.az

İlham Əliyev Qərbi azərbaycanlıları təltif etdi - SİYAHI

Xəbərlər

5 Dekabr 2024, 09:58
İlham Əliyev Qərbi azərbaycanlıları təltif etdi - SİYAHI

Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.

AzEdu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə:

Aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Əliyev Fikrət Əhmədəli oğlu

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Seyidzadə Dilarə Bağır qızı

Şadlinski Vaqif Bilas oğlu.

Həsən Zal oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

 

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox