Azedu.az

Dekabrın 6-da GRE imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Dekabr 2024, 14:23
Dekabrın 6-da GRE imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində dekabrın 6-da GRE imtahanı keçiriləcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2024-cü il dekabrın 6-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.

İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahanlar saat 09:00-da və 14:00-da başlanır.

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox