Azedu.az

Nazir kollec rəhbərini işdən ÇIXARDI

Kolleclər

4 Dekabr 2024, 12:43
Nazir kollec rəhbərini işdən ÇIXARDI

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin rəhbəri  işdən çıxarılıb.

AzEdu.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Regional Kollecinin rəhbəri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Nadir oğlu Kubışov vəzifəsindən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, İ.Kubışov əvvəllər Gəncə Dövlət Regional Kolleci qiyabi şöbəsinin müdiri vəzifəsində işləyib. İ.Kubişovdan əvvəl isə Gəncə Dövlət Regional Kollecinin rəhbəri işləmiş Fəxrəddin Zeynalov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox