Azedu.az

İş və ailə arasında tarazlıq: Uşaqlara verilən sevgi və qayğı yetərlidirmi?

4 Dekabr 2024, 12:34
İş və ailə arasında tarazlıq: Uşaqlara verilən sevgi və qayğı yetərlidirmi?

Ağır iş rejimi və zamanın çatışmazlığı səbəbindən valideynlər uşaqlarına lazımi sevgi və qayğı göstərməkdə çətinlik çəkirlər. Bu vəziyyət, uşaqların emosional inkişafına mənfi təsir göstərə bilər.

 

Maraqlıdır ailə nəvazişi və sevgisi görməyən uşaqların psixologiyası necə formalaşır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanova bildirib ki, həftə içi vaxt çatışmazlığın,ı həftə sonlarında övladlara ayrılan keyfiyyətli vaxtla əvəz etmək mümkündür.

 

“Müasir dövrdə sosial vəziyyətin yaxşılaşdırılması üçün hər iki valideynin işləməsi vacibdir. Bəzən hətta nənə və baba da işə getməyə məcbur olur. Bu halda uşaq dayənin yanında böyüyür və ya məktəbəqədər təhsil müəssisəsinə gedir. Təbiidir ki, məktəbəqədər təhsil müəssisələri uşağı asosiallıqdan qoruyur. Lakin ailə sevgisini tamamilə əvəz etmək mümkün deyil. Buna baxmayaraq, həftə içi vaxt çatışmazlığını həftə sonlarında övladlarımıza ayrılan keyfiyyətli vaxtla əvəz etmək mümkündür.

 

Bəzən valideynlər iş problemlərini evə gətirirlər ki, bu da uşaqlara mənfi təsir göstərir. Nəticədə uşaqlarda davranış pozuntuları müşahidə olunur, davamlı olaraq sıxıntı hissi yaranır, qısqanclıq əmələ gəlir, hətta dərslərindən geri qala bilirlər. Bu kimi hallar əsasən uşaqların valideynlərindən kifayət qədər sevgi ala bilməməsi ilə bağlıdır”.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox