Azedu.az

Hər il məktəbəqədər təhsilin əlçatanlığı artan tendensiya ilə davam edir

Xəbərlər

4 Dekabr 2024, 10:38
Hər il məktəbəqədər təhsilin əlçatanlığı artan tendensiya ilə davam edir

Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq tarix boyu aşağı göstəricilərlə yadda qalıb.


AzEdu.az xəbər verir ki bunu Elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

 

"1-5 yaşlı uşaqların məktəbəqədər təhsillə təmin olummasının faizinin artmasına nail olmuşuq. Sovet dövründə bağçalarla təminat 10% olub. Hədəfimiz bunu 50 %-ə çatdırmaqdır. Hazırda uşaqların 80%-ə yaxını azı bir il məktəbəqədər təhsilə cəlb olunur.

 

Elm və Təhsil Nazirliyi olaraq həyata keçirdiyimiz ən böyük islahatlardan biri məktəbəqədər təhsilə uşaqların cəlbi ilə bağlıdır. Çünki məktəbəqədər təhsil həmin uşaqların növbəti illərdə sosial-iqtisadi həyatlarına müsbət təsiri olacaqdır".

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox