Azedu.az

Rezidenturada 21 ixtisas ləğv edilib, 8 yeni ixtisas əlavə olunub

Xəbərlər

3 Dekabr 2024, 17:15
Rezidenturada 21 ixtisas ləğv edilib, 8 yeni ixtisas əlavə olunub

“Təsdiq edilən yeni təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.

O bildirib ki, magistratura səviyyəsi üzrə təsnifatda təhsil ixtisasları bir ixtisas (“Pedaqogika”) altında ixtisaslaşma olaraq verilib.

“Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda isə 21 ixtisas ləğv edilib, 8 yeni ixtisas təsnifata əlavə olunub və 8 ixtisasın adı dəyişdirilib”, - deyə nazir müavini əlavə edib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox