Azedu.az

147 nömrəli Texniki-Humanitar Liseyindəki istilik problemi ilə bağlı AÇIQLAMA

3 Dekabr 2024, 16:03
147 nömrəli Texniki-Humanitar Liseyindəki istilik problemi ilə bağlı AÇIQLAMA

147 nömrəli Texniki-Humanitar Liseydə təhsil alan şagirdlərin valideynləri istilik sistemində problemlərin olması ilə bağlı şikayət ünvanlayırlar. Belə ki, övladlarının soyuq sinif otaqlarında dərs keçməsinin onların xəstələnməsinə və davamiyyətə təsir etdiyini qeyd edirlər.

AzEdu.az Təhsil Portalı məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb. 

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, 147 nömrəli Texniki-Humanitar Lisey “Azəristiliktəchizat" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur:

"Xətlərdəki problemlə əlaqədar liseyin yeməkxana, kitabxana və bəzi sinif otaqlarına istiliyin verilməsi qismən məhdudlaşıb.

Məsələ tam nəzarətə götürülüb və qısa zamanda qarşıya çıxan problemin həlli üçün zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, təhsil müəssisələrinin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır, hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə yaradılmış operativ işçi qruplar tərəfindən tədbirlər görülür".

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox