F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Xəmsə" uşaq rəqs ansamblı “Azərbaycan Rəqs üzrə Çempionlar Kuboku” müsabiqəsinin qalibi olub.
AzEdu.az xəbər verir ki, müsabiqə Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Çerlidinq Federasiyasının təşkilatçılığı ilə keçirilib. Ansambl müsabiqədə baletmeystr Sənan Cavadovun rəhbərliyi altında 7 rəqs nömrəsi ilə çıxış edərək bütün nominasiyalar üzrə qalib olaraq Azərbaycan Rəqs Kubokunu qazanıb.
Qeyd edək ki, çempionatda müxtəlif yaş qrupları üzrə mindən çox iştirakçı mübarizə aparıb.