Azedu.az

Ədalət Muradov: Ali məktəblərdə yeni təhsil modeli yaradılmalıdır

Universitetlər

3 Dekabr 2024, 11:55
Ədalət Muradov: Ali məktəblərdə yeni təhsil modeli yaradılmalıdır

"Hər universitetin öz proqramı olmalıdır".

 

AzEdu.az xəbər verir ki, bunu SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu və Karyera sərgisində UNEC rektoru Ədalət Muradov bildirib.


"Proqramlar məzunların tələblərə cavab verməsi üçün yaradılmalıdır. SABAH onu göstərdi ki, müəllimlərin işə götürülməsində fərqli bir yanaşma olacaq. Bugünkü qanuna uyğun olaraq müəllimlər 5 ildən bir seçilir. SABAH modeli göstərdi ki, burada alternativ yanaşmalar var və bu alternativ yanaşma uğurlu olacaq. Ən yaxşı tələbəni seçdik, ən yaxşı müəllimi də seçdik, amma təhsil prosesi özü dəyişməz olaraq qalır. Mənim üçün hazırda gündəmdə olan ən böyük problem təhsil prosesinin özünün tamamilə dəyişdirilməsi və yeni təhsil modelinin prosesinin yaradılmasıdır".

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox