Azedu.az

6 yaşlı azarkeşin stadiona girişinə qadağa qoyulub

Xəbərlər

3 Dekabr 2024, 11:20
6 yaşlı azarkeşin stadiona girişinə qadağa qoyulub

Fransanın I Liqa təmsilçisi "Havr" 6 yaşlı azarkeşin stadiona girişinə qadağa qoyub.

AzEdu.az "L'Équipe" istinadən xəbər verir ki, buna səbəb uşağın matç zamanı tamaşaçı davranış qaydalarını pozması olub.

Noyabrda "Reyms"lə (0:3) oyun zamanı azyaşlı azarkeş tribunadan karton stəkanlar və kağız toplar atıb. Reklam lövhələrinin arxasına düşən əşyalar klubun cərimələnməsinə səbəb olub.

Qadağa 2025-ci il yanvarın əvvəlinə qədər qüvvədə olacaq. Onun valideynləri cəzaya etiraz etməyiblər.

Qeyd edək ki, "Havr" 13 turdan sonra 16-cı yerdə qərarlaşıb.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox