Azedu.az

Savadı olmayan psixoloqlara inanmayın - Həyatınızı təhlükəyə ATIRLAR

Xəbərlər

3 Dekabr 2024, 09:32
Savadı olmayan psixoloqlara inanmayın - Həyatınızı təhlükəyə ATIRLAR

Tez-tez “ailə dizimi”, “bağ kəsmə”, “keçmişlə əlaqənin itirilməsi” kimi reklamlarla sosial şəbəkələrdə çıxışlar edilir. Bir qrup özünü “psixoloq” adlandıran şəxslər insanlara vəd verərək, onları keçmişlərindən hansısa metodlarla tamamilə qoparacaqlarını vurğulayırlar.

 

Bəs görəsən, psixologiya elmində həqiqətən də bu cür nüanslar varmı? Bu şəxslərə inanmaq olarmı?

 

Mövzu ilə bağlı peşəkar psixoloq Nizami Orucov AzEdu.az-a danışıb.

150342

Psixoloq bildirib ki, şişirdilmiş reklam və qarşıya ötürülən inam, aşılanan təsəvvür nəticəsində dırnaqarası psixoloqlara müraciət edənlər çox olur: 

 

“Psixologiyada əlbətdə ailə əlaqələri, nəsildən - nəsilə ötürülən travma və yaşantılar, izlər haqqında geniş mövzu və misallar var. Amma hazırda saxtakar, özünü psixoloq adlandıran qeyri - peşəkar şəxslər bu mövzuları tamamilə ayrı sahə kimi formalaşdıraraq, özlərinə məxsus metod və vasitələrlə bunları təbliğ və tətbiq edirlər. Şişirdilmiş reklam və qarşıya ötürülən inam, aşılanan təsəvvür nəticəsində bu cür dırnaqarası psixoloqlara müraciət edənlər olur. Nəticələri isə müraciət sayı qədər ürəkaçan olmur. Qeyri - peşəkar yanaşma, təlqin, inandırma sistemi vasitəsilə, müraciət edən şəxsdə elə dünya formalaşdırırlar ki, bu cür həssas psixoloji məsələ təhlükəyə düşmüş olur. 

 

Mövcud problem getdikcə dərinləşir və daha da iz buraxır. Yanlış baxış bucağı, yönəliş bir həyatın ciddi dərəcədə dəyişməsi deməkdir. Bunu tətbiq edən “psixoloqlar” isə fərqində olmurlar. Belə insanların psixologiyadan xəbəri olmadığı üçün, onları psixoloq adlandıra bilmərik. Bu səbəblə də müraciət edən şəxs işinin peşəkarı olan, elmi və savadı ilə sahədə ərki çatan şəxsləri araşdırmalı və onlara yönəlməlidirlər”. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox