Azedu.az

"Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə yazıların qəbulu bitib

Xəbərlər

2 Dekabr 2024, 12:28
"Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə yazıların qəbulu bitib

“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə keçirilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə yazıların qəbulu başa çatıb. 

AzEdu.az-ın məlumatına əsasən, müsabiqənin tələblərini ödəyən 200-dən çox esse qəbul edilib. Hazırda müsabiqəyə təqdim edilən işlər tanınmış pedaqoq və təhsil mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmə mərhələsindədir.

 
Qiymətləndirmənin nəticələrinə əsasən Ədibin Evində qaliblərin mükafatlandırılması keçiriləcək. Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqidir.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox