Azedu.az

"Repetitorluq şagirdləri məktəb dərslərindən yayındırır"

Məktəblər

2 Dekabr 2024, 12:24
"Repetitorluq şagirdləri məktəb dərslərindən yayındırır"

“Adətən, özəl məktəblərdə təhsilin keyfiyyəti və təlimin səviyyəsi dövlət ümumi təhsil müəssisələrindən üstün hesab olunur”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

150303

Ekspert  bildirib ki, özəl məktəblər heç bir quruma tabe olmadan öz proqramlarını hazırlayır və müəyyən sərbəstliyə malikdirlər:

 

“Dövlət İmtahan Mərkəzi şagirdlərin 5-ci sinifdən 11-ci sinifə qədər qazanılan bilikləri əsasında imtahan keçirir. Lakin orta məktəblərdə 11-ci sinifdə oxuyan şagirdlər yalnız hazırlaşdıqları ixtisas fənlərini deyil, bütün fənləri və oxuduqları sinifin materiallarnı öyrənməyə məcburdurlar. Halbuki onlar digər fənlərdən imtahan verməyəcəklər. Bu durumda repetitorluq aktuallaşır”.

 

R.Fikrətoğlu qeyd edib ki, repetitorluq şagirdləri məktəb dərslərindən yayındırır. Bu hal məqbul hesab olunur, çünki məktəblər abituriyentlərə istədiklərini verə bilmir. Nəticədə abituriyentlər repetitor hazırlığına müraciət etməyə məcbur olurlar:

 

“Özəl məktəblərdə isə müəyyən sinifə qədər bütün fənlər tədris olunur. Daha sonra şagirdlərin ixtisas seçimlərinə uyğun qruplar yaradılır və dərslər bu qruplar üzrə tədris edilir. Adətən, özəl məktəblərdə təhsilin keyfiyyəti və təlimin səviyyəsi dövlət ümumi təhsil müəssisələrindən üstün hesab olunur. Ali məktəbə hazırlaşan şagird üçün orta məktəb müəyyən qədər çaşqınlıq yaradır. 3-cü qrupa hazırlaşan abituriyent tarixi dərindən, 5-ci sinifdən 11-ə kimi yenidən öyrənmək istəyir. Məktəb ona bu imkanı tanımamaqla yanaşı, şagirdi fizika, kimya, biologiya kimi fənlərdə iştirak etməyə, oxumağa məcbur edir”.

 

Ekspert bildirib ki, şagird onun ixtisas qrupunda olmayan fənləri oxumayanda, dərsə gəlməyəndə məktəb onu attestatın verilməyəcəyi ilə bağlı “təhdid” edir:

 

“Şagirdin həyatını dəyişən isə DİM-də topladığı bal olur, attestat ona formal olaraq lazımdır. DİM və orta məktəb uyğunluq təşkil etmir. Bu boşluğu özəl məktəblər və fərdi repetitorlar doldura bilir.

 

Dövlət ümumi təhsil müəssisələrində tədris Elm və Təhsil Nazirliyinin standart proqramına əsaslanır. Özəl məktəblər isə heç bir quruma tabe olmadan öz proqramlarını hazırlayır və müəyyən sərbəstliyə malikdirlər. Elə özəl təhsil müəssisələri var ki, orada şagirdlər üçün yemək də təmin olunur. Rayonlardan olan valideynlər isə adətən yatılı özəl təhsil müəssisələrinə üstünlük verirlər ki, övladları kirayədə deyil, məktəbin yataqxanasında qalsın”.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox