Azedu.az

Macarıstan Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

Universitetlər

2 Dekabr 2024, 12:15
Macarıstan Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

Macarıstanda 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsillə bağlı sənəd qəbulu başlayıb.

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüdlə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 5 yanvar 2025-ci il saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2025-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Qeyd edək ki, təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Elan: //htp.edu.az/.../76667a78cd98478094283c1b33be2512.pdf

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox