Azedu.az

Azərbaycanda sadəcə bu rayonda özəl məktəb VAR

Məktəblər

30 Noyabr 2024, 12:17
Azərbaycanda sadəcə bu rayonda özəl məktəb VAR

Azərbaycanda 34 özəl məktəb fəaliyyət göstərir.

AzEdu.az xəbər verir ki, Modern.az bu barədə Dövlət Statistika Komitəsinin "Təhsilin əsas göstəriciləri" bülletenindən məlumat əldə edib.

Özəl məktəblərdə 23484 şagird təhsil alır. Özəl məktəblərin böyük hissəsi, 28-i Bakı şəhərində, 4-ü Abşeron və Sumqayıtda, 1-i Gəncə şəhərində fəaliyyət göstərir.

Regionlardan isə sadəcə Biləsuvarda özəl məktəb var. Sözügedən təhsil müəssisəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksidir. Məlumata görə, burada 548 şagird təhsil alır.

 

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox