Azedu.az

Doktorantura və dissertantura səviyyəsində danışıq bloku üzrə imtahan keçiriləcək

Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

29 Noyabr 2024, 16:08
Doktorantura və dissertantura səviyyəsində danışıq bloku üzrə imtahan keçiriləcək

Məlum olduğu kimi, danışıq bloku üzrə imtahan 4 dekabr 2024-cü il tarixlərində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçirilir. 

AzEdu.az-a DİM-dən bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.

İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq. 

İştirakçılar danışıq bloku üzrə kompüter proqramının “demo” versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:

//xaricidil.dim-webinar.info/

İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox