Azedu.az

Mingəçevirdə məktəbə Natiq Qasımovun adı verilib

Məktəblər

29 Noyabr 2024, 12:01
Mingəçevirdə məktəbə Natiq Qasımovun adı verilib

Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adı verilib.

AzEdu.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

 

Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

 

Qeyd edək ki, bu Qərar Azərbaycan Prezidentinin 2024-cü il 25 iyun tarixli 175 nömrəli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə verilib.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox