Azedu.az

Qəzada xəsarət alan yeniyetmə vəfat etdi

Xəbərlər

28 Noyabr 2024, 16:10
Qəzada xəsarət alan yeniyetmə vəfat etdi

Ötən axşam Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş verən qəzada xəsarət alan 13 yaşlı Z.Həsənov vəfat edib. 

AzEdu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o bu gün müalicə aldığı Gəncə Şəhər Birləşmiş Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri almışdı

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox