Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə "Biz birlikdə kiberbullinqə qarşı" layihəsi icra edilir.
AzEdu.az“Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, layihə Günay Adnayeva tərəfindən həyata keçirilir və məktəblərdə kiberbullinqə qarşı mübarizə klubları yaradaraq şagirdləri maarifləndirmək və təhlükəsiz mühitdə təhsil almalarını təmin etməyi hədəfləyir.
Layihə çərçivəsində təlim materiallarının hazırlanması, müəllim və şagirdlər üçün təlim və sorğular keçirilməsi, anti-kiberbullinq klubunun yaradılması, anti-kiberbullinq həftəsi və videotəqdimat müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib laihələrindən biridir.