Azedu.az

Sabirabadda baş vermiş qəzada 2 azyaşlı yaralandı

Xəbərlər

27 Noyabr 2024, 09:38
Sabirabadda baş vermiş qəzada 2 azyaşlı yaralandı

Sabirabadda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların kimliyi məlum olub.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini, 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini, 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.

Yaralılar Çölbeşdəli kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü, Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samur qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox