Yevlax rayonunun Tanrıqulular kəndində avtomobil maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.
AzEdu.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində, sürücü 1992-ci il təvəllüdlü E.Nəsibov, onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü S.Nəsibova və 4 yaşlı oğlu xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. S.Nəsibovanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.