Azedu.az

Uşaqlara qarşı zorakılığın artan təhlükəsi - Valideynlər nə etməlidirlər?

Xəbərlər

25 Noyabr 2024, 15:12
Uşaqlara qarşı zorakılığın artan təhlükəsi - Valideynlər nə etməlidirlər?

Təcavüz hadisələrinin günü-gündən çoxalması cəmiyyəti narahat edən əsas mövzulardan biridir. Təcavüz hadisələri sadəcə qadınlara qarşı deyil, eləcə də uşaqlara qarşıda artmaqdadır. Ən pisi də bu tip hadisələrin daha çox ailədaxili olmasıdır.

 

Mövzu ilə bağlı AzEdu.az-a psixoloq - seksoloq Ləman Telmanqızı bildirib ki, uşaq istismarı - fiziki, emosional və ya cinsi olmaqla - məktəb, ailə, cəmiyyət və internet kimi kontekstlərə təsir edən qlobal böhranın göstəricisidir:

149850

“Zorakılıq ağır yaralara, cinsi yolla keçən xəstəliklərə, psixi sağlamlıq problemlərinə (narahatlıq, depressiya) və ölümə səbəb ola bilər. Erkən yaşda zorakılığa məruz qalma stressə, zehni inkişafda anormallıqlara, aqressivliyə, aludəçiliyə və cinayət hadisələrinin artmağına gətirib çıxarır.

 

Dünyada son bir ildə 2-17 yaş arası 1 milyarda qədər uşağın fiziki, cinsi və ya emosional zorakılığa məruz qaldığı təxmin edilir”.

 

Psixoloq qeyd edib ki, 10-29 yaş aralığına aid olan yeniyetmə və gənclər daha çox zorakılıq tətbiq edə bilirlər:

 

“Gənclər arasında tanışlarına və ya yad insanlara qarşı zorakılıq yayğındır. Çox zaman onlar fiziki, bəzən isə silahla (bıçaq və s.) hücumdan istifadə edirlər. Qeyd edim ki, gənclər dəstə halında da birləşib, zorakılıq tətbiq edə bilirlər.

 

Cinsi zorakılığa qeyri-razı cinsi əlaqə və ya təmas olmadan cinsi fəaliyyət (məsələn, cinsi qısnama) daxildir. Emosional və ya psixoloji zorakılığa isə uşağın hərəkətlərinin məhdudlaşdırılması, alçaldılması, lağ edilməsi, təhdid və hədələnməsi, ayrı-seçkilik, rədd edilməsi və digər qeyri-fiziki düşmənçilik formaları daxildir.

 

Cinsi və ya fiziki zorakılığa məruz qalmış uşaqlarla psixoloji məsləhətləşmələr tək bir hadisə baş verdiyi zamanı təsirli olur. Əgər azyaşlı uzunmüddətli zorakılıa məruz qalıbsa, o zaman təkcə uşaqla deyil, bütün ailə ilə psixoloji söhbət aparmaq lazımdır”.

 

Həmsöhbətimiz övladlarının zorakılığa məruz qalmaması və ya qaldığı təqdirdə məlumatlı olmaları üçün bir sıra tövsiyələr verib:

 

“Valideynlər uşaqlarını diqqətlə dinləməli, onların istifadə etdiyi sözlərə qulaq asmalıdırlar. Daha kiçik yaşlardan “yaxşı” və “pis” toxunuşların nəcə olduğu azyaşlılara izah edilməlidir. Onlara bildirilməlidir ki, bütün yaxınlar və tanışlar yaxşı niyyətli olmaya bilər.

 

Övladlarınıza “yox” deməyi öyrətmək də vacib məqamlardan biridir. Onlar inanmalıdırlar ki, heç kim onları nə iləsə ittiham edə bilməz”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox