Azedu.az

Atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb

24 Noyabr 2024, 09:21
Atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki, hadisə Zığ şosesində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Vüsal Aydın oğlu İsmayılov yaşadığı Binə qəsəbəsində atasına məxsus avtomobili qaçırıb.

O, idarə etdiyi maşını Zığ şosesində işıq dirəyinə çırpıb.

Qəza nəticəsində 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox