Azedu.az

Alimlər dərinin qocalması əleyhinə vasitə tapıblar

24 Noyabr 2024, 09:52
Alimlər dərinin qocalması əleyhinə vasitə tapıblar

Yaponiya alimləri “Aphanothece sacrum” siyanobakteriyaların (fotosintetik bakteriyalar-red) dərini qoruyan və qocalmasını yubadan birləşmələri sintez edə biləcəyini aşkarlayıblar.

AzEdu.az  xəbər verir ki, tədqiqat “ACS Agricultural Science & Technology” (ACS AST) elmi jurnalında dərc edilib.

Bu maddələr günəşin ultrabənövşəyi radiasiyasını udmaq qabiliyyətinə malikdir. Tədqiqatçılar saklipinlərin xüsusiyyətlərini qiymətləndirmək üçün siyanobakteriya nümunələrini qurudaraq əziblər. Birləşmələrin insan dərisinin fibroblastlarında kollagen və hialuron turşusu istehsalına qadir olduğu ortaya çıxıb. Mütəxəssislərin fikrincə, kəşf “Aphanothece sacrum”un qocalma əleyhinə kosmetika istehsalı üçün ucuz xammal mənbəyi üçün sənaye yetişdirilməsinə kömək edə bilər.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox