Azedu.az

Bu günə olan hava proqnozu açıqlanıb

Xəbərlər

24 Noyabr 2024, 08:42
Bu günə olan hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə,bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi İlə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi şərq rayonlarında çiskin. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox