Azedu.az

Türkiyədə İLK: Süni intellekt müəllimləri əvəz etdi

Xəbərlər

23 Noyabr 2024, 11:40
Türkiyədə İLK: Süni intellekt müəllimləri əvəz etdi

Türkiyənin ilk insanabənzər süni intellekt robotu olan “Ada” məktəblilərə dərs deməyə başladı. Qeyd edilib ki, süni intellektin şagirdlərə dərs keçməsi Türkiyədə tarixi hadisədir.

 

AzEdu.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyənin Balıkesir şəhərində tələbələrini universitet imtahanlarına hazırlayan bir təhsil müəssisəsi süni zəka ilə inteqrasiya olunmuş ilk insanabənzər robotla şagirdlərinə dərs keçməyə başlayıb.

 

“Ada” adlı robot dərslərdə köməkçi müəllim kimi tələbələrin suallarını cavablandırıb.

 

Süni intellekt və insanabənzər robot texnologiyası ilk dəfə olaraq təhsil sahəsində gündəlik həyatın bir hissəsinə çevrilib.

 

Rusiyada ARA QARIŞDI - Türklərə qarşı zorakılıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox