Azedu.az

Xəstəxanaya aparılan səkkiz yaşlı qız yolda öldü

Xəbərlər

22 Noyabr 2024, 13:59
Xəstəxanaya aparılan səkkiz yaşlı qız yolda öldü

Bakıda 8 yaşlı qız xəstəxanaya aparılarkən vəfat edib.

AzEdu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Yaşadığı evdə halı pisləşən 2016-cı il təvəllüdlü Aylin İslam qızı Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Bildirilir ki, bir neçə gün əvvəl A.Məmmədova burun-boğaz əməliyyatı keçirib. Yaxınları onun həkim səhlənkarlığından həyatını itirdiyini bildiriblər.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox