Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün yeni korpus binası tikiləcək. Belə ki, bina Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, 11 ünvanında yerləşəcək.
Başqa hansı universitetlərin yeni korpusu yaradılacaq?
AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı universitetlərə soğru ünvanladıq.
Sorğumuza cavab olaraq Xəzər Universitetindən bildirilib ki, yeni korpusun açılması düşünülür:
"Hətta bunun üçün Buzovnada 27 hektar ərazi də alınmışdır. Yeni korpusun nə zaman tikilib, istifadəyə verilməsin ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur", - deyə universitetdən məlumat verilib.