Azedu.az

Qazaxıstanda “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

21 Noyabr 2024, 13:55
Qazaxıstanda “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

Qazaxıstanın Manqistau Vilayət Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasından AzEdu.az-a bildirilib ki, guşədə Azərbaycanın tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, bölgələrini, turizm potensialını əks etdirən 350 kitab sərgilənir və yaxın günlərdə təntənəli açılış mərasiminin keçirilməsi planlaşdırılır.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu guşənin yaradılmasında verilən dəstəyə görə Manqistau vilayətinin qubernatoru-akimi Nurdaulet Kilıbaya, şəhər akimi Abilkair Baypakova, Azərbaycan Milli Elmlər Akademiyasına, AMEA Mərkəzi Elmi Kitabxanasına və vilayət kitabxanasının rəhbərliyinə, tələbələrə, azərbaycanlı iş adamlarına, icma fəallarına minnətdarlığını bildirib.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox