Azedu.az

Kikboksçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar

Xəbərlər

20 Noyabr 2024, 13:20
Kikboksçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar

Türkiyənin İğdır şəhərində beynəlxalq Muay Tai çempionatı keçirilib. Yarışa Türkiyə, Azərbaycan və İrandan, ümumilikdə, 60 idmançı qatılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki,  ölkəmizi yarışda məşqçi Namiq Musayevin rəhbərliyi ilə Naxçıvan Kikboksinq Federasiyasının 7 idmançısı təmsil edib. Təmsilçilərimizdən 4-ü qızıl, 3-ü isə gümüş medalçı kimi mükafatçılar sırasına düşüb.

Amin Nəcəfov, Uğur Məmmədli, Hüseyn Həsənov və Ramazan Babayev müvafiq yaş və çəki kateqoriyalarında birinci olublar. Tural Səfərli, Yusif Məmmədov və Şahin Qəribov ikinci yerə layiq görülüblər.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox