Azedu.az

İndoneziyalı tələbə: Bakı çox heyrətamiz şəhərdir

COP29 və Təhsil

19 Noyabr 2024, 15:56
İndoneziyalı tələbə: Bakı çox heyrətamiz şəhərdir

"Bakı çox heyrətamiz şəhərdir"

Bu sözləri AzEdu.az-a açıqlamasında İndoneziyalı tələbə Saskia Rizki Almas bildirib.

"COP29-da iştirak etmək üçün İndoneziyadan gəldim. Təhsilimi  Misirdə alıram. Bakıya dostlarımla birlikdə gəlmişəm. Mən Bakını ilk dəfədir görürəm. Bura həqiqətən gözəl və  heyrətamizdir şəhərdir. Bakıda görməli yerlər çoxdur. Buranın estetikasını və aurasını çox sevirəm.

Müşahidələrim əsasında azərbaycanlıların təbiəti necə sevdiyinin və qoruduğunun şahidi oldum. Ona görə də ölkəmə müsbət əhvali-ruhiyyə ilə qayıdacağam. İndoneziyada hava Bakıdan fərqlidir.  

Bakıda soyuğu hiss etmək həqiqətən maraqlıdır. Məncə, Bakıda yay fəslidə çox fərqli və maraqlı keçir. Həmin aylarda Azərbaycana gələrək yay fəslini görmək istəyirəm. Onu da qeyd edim ki, Bakıda çoxlu dadlı yeməklər var.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox