Azedu.az

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm sərgisi keçirilib

Xəbərlər

18 Noyabr 2024, 13:55
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm sərgisi keçirilib

Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) “Təsviri sənət və dizayn” dərnəyi üzvlərinin “Tumurcuq” rəsm sərgisi və animasiya nümayişi təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, sərgidə

bir çox beynəlxalq və respublika müsabiqələrinin iştirakçısı və qalibləri olan istedadlı rəssamlar Kövsər Qurban və İnci Qurbanın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təbiət, mənzərə, natürmort, portret janrlarında, həmçinin Qarabağ və milli-mənəvi dəyərlərimizə, vətənpərvərlik mövzusuna həsr olunmuş 200-ə yaxın rəsm işi təqdim olunub, 5 animasiya filmi nümayiş etdirilib.

Çıxış edənlər istedadlı uşaqların COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərgisini yüksək qiymətləndirib, məktəblilərin əl işlərindən ibarət belə sərgilərin təşkil edilməsinin yetişməkdə olan gənc nəslin estetik tərbiyəsinin formalaşdırılmasında böyük rolu olduğunu vurğulayıblar.

Tədbirin bədii hissəsində 3 nömrəli UGİM-in dərnək üzvləri musiqi nömrələri ilə çıxış ediblər.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox