Azedu.az

 Ana dörd uşağı ilə birlikdə yanaraq ölüb

Xəbərlər

17 Noyabr 2024, 08:32
 Ana dörd uşağı ilə birlikdə yanaraq ölüb

Rusiyanın Novosibirsk vilayətində baş verən yanğın nəticəsində beş nəfər ölüb.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə Kupinski rayonunun Novoselye kəndində çoxuşaqlı ailənin yaşadığı fərdi evdə baş verib.

Yanan evdən ata, 12 və 14 yaşlı uşaqları çıxa biliblər: “Evdə bir ana və dörd uşaq qalıb. Təəssüf ki, onların hamısı ölüb”, - deyə mətbuat xidmətindən bildirilib.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox